İran 2027-ci ildə yerli istehsal olan ağır qırıcı təyyarəsinin uçuş sınaqlarını keçirməyi planlaşdırır.
“İki sahil”in IRIB-ə istinadən məlumatına görə, bu barədə İslam Respublikasının yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi xəbər verib.
"Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il səmaya qalxacaq", - müdafiə naziri deyib.
Onun sözlərinə görə, 2026-cı ildə sükan və yerüstü əməliyyatlar planlaşdırılır.
Oktyabrın 18-də İran parlamenti Mehrdad Əxlaqi Kitabçının ölkənin müdafiə naziri təyin edilməsini təsdiqləyib.