22 iyun 2026 17:54
111

ABŞ avqustun 21-nə qədər İran nefti ilə əməliyyatlara icazə verib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) avqustun 21-nə qədər İran nefti ilə əməliyyatların aparılmasına icazə verən lisenziya təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Bu icazə İran neftinin, neft məhsullarının və neft-kimya məhsullarının istehsalı, satışı, çatdırılması və boşaldılması ilə bağlı əməliyyatlara şamil edilir. Lisenziya həmçinin İran neft məhsullarının ABŞ-a idxalına da icazə verir, bu zaman ödənişlər dollarla da həyata keçirilə bilər.

Sözügedən lisenziyanın verilməsi ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun şərtlərindən biri olub. İyunun 21-də tərəflər qalan məsələləri, o cümlədən İranın nüvə proqramını və ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi digər sanksiyaların ləğvini razılaşdırmaq üçün danışıqlara başlayıblar.