22 iyun 2026 17:53
113

İran gəmilərin Hörmüz boğazından sərbəst keçidinə təminat verməyə razılaşıb

İran gəmilərin Hörmüz boğazından sərbəst keçidini təmin etməyə razılıq verib.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat yayıb.

"İsveçrədə davam edən məhsuldar danışıqlara uyğun olaraq, İran Hörmüz boğazı vasitəsilə sərbəst və açıq tranziti təmin etmək və MAQATE müfəttişlərini ölkəyə buraxmaq öhdəliyini götürüb", — deyə o, "X" sosial şəbəkəsində yazıb.

Bir qədər əvvəl "The Washington Post" qəzeti də ABŞ və İran arasındakı sövdələşmədən sonra bir sutka ərzində Hörmüz boğazından 25 gəminin keçdiyini xəbər vermişdi.