22 iyun 2026 16:29
107

Vens Hörmüz boğazının açıldığını bəyan edib

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Hörmüz boğazının gəmilərin hərəkəti üçün açıq olduğunu bildirib. Onun sözlərinə görə, naviqasiyanın bərpa edilməsi artıq neft və qazın qiymətlərinə təsir göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Əlbəttə, biz qaz və neft qiymətlərinin necə düşdüyünü görürük; milyonlarla barel neft və təbii qaz Hörmüz boğazından keçir, hansı ki, əvvəllər bu yox idi. Lakin biz həmçinin əmin olmaq istəyirdik ki, Hörmüz boğazını minalardan təmizləyə bilmək üçün həqiqətən də bir koordinasiya mexanizmi yaratmışıq", - deyə Vens mətbuat konfransında bildirib.

Bundan əlavə, ABŞ-ın vitse-prezidenti İsveçrədə ABŞ və İran arasında keçirilən texniki danışıqların uğurla nəticələndiyini bəyan edib.