22 iyun 2026 15:57
105

Vens İranın aktivlərinin dondurulmasının ləğv edilməsinin ABŞ üçün faydalı olduğunu bəyan edib

İranın aktivlərinin dondurulmasının ləğv edilməsi həm İrana, həm də Amerika Birləşmiş Ştatlarına fayda gətirə bilər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib.

Onun sözlərinə görə, vəsaitlərin bloku açılacağı təqdirdə, həmin pullar Amerika məhsullarının satın alınmasına və İran əhalisinin ərzaqla təmin olunmasına yönəldiləcək.

"Əgər İranın aktivləri nə vaxtsa dondurulmaqdan azad edilsə, onlar amerikalı fermerlərin zənginləşməsinə və İran xalqının ərzaqla təmin olunmasına sərf olunacaq", - deyə Vens bildirib.

O, bu cür yanaşmanı "klassik Tramp sövdələşməsi" adlandırıb və bunun hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. Amerikalı siyasətçi həmçinin qeyd edib ki, bu cür razılaşmaların reallaşdırılması regionda yaradılmış təhlükəsizlik sisteminin qorunub saxlanmasına kömək edəcək.