22 iyun 2026 19:19
109

Rusiyanın itkiləri açıqlandı - 1580-ci gün

Ukrayna müharibənin 1580-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 393 140 hərbçi, 12 050 ədəd tank, 24 805 ədəd zirehli döyüş maşını, 44 530 ədəd artilleriya sistemi, 1 886 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 437 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 712 ədəd yerüstü robot-texnika kompleksi, 366 164 ədəd PUA, 110 201 ədəd avtomobil texnikası, 4 787 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 321 xüsusi avadanlıq itirib.