Rusiya və Serbiya “Gazprom”un “Serbiya Neft Sənayesi” (NIS) şirkətindəki payının satışını müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, bu danışıqların məzmununu açıqlamaqdan imtina edib.
"Təmaslar olub. O cümlədən serblərlə, serbiyalı tərəfdaşlarla. Lakin, təbii ki, bunlar kommersiya xarakterli təmaslardır və onların məzmunu ictimaiyyətə açıqlanmamalıdır", - deyə Peskov brifinqdə bildirib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında ABŞ NIS şirkətinə qarşı sanksiyalar tətbiq edib. ABŞ rusiyalı səhmdarların Serbiya şirkətindən tamamilə çıxmasını tələb edib. Hazırda NIS-də “Gazprom neft” şirkətinə 44,9%, “Gazprom”a 11,3%, Serbiya hökumətinə isə 29,9% pay məxsusdur. 2026-cı ilin yanvarında “Gazprom neft” Macarıstanın “MOL” neft-qaz şirkəti ilə NIS-dəki payının satışına dair ilkin razılaşma imzalayıb. İyun ayında isə Serbiya rəhbərliyi və “MOL” rusiyalı səhmdarların çıxmasından sonra NIS-in gələcək idarəçiliyinə dair müqaviləni təsdiqləyiblər.