22 iyun 2026 13:59
96

Krımın bir hissəsi elektrik enerjisiz qalıb

Krım yarımadasının şərqində elektrik enerjisinin verilişi kəsilib.

“İki sahil” xəbər verir ki,  "Krımenergo"dan verilən məlumata görə, buna səbəb elektrik şəbəkələrində baş verən zədələnmələr olub.

Mütəxəssislər hazırda qəza-bərpa işləri aparırlar. Dövlət müəssisəsindən əlavə ediblər ki, elektrik enerjisinin verilişinin bu gün saat 17:00-a qədər bərpa edilməsi planlaşdırılır.

Qeyd edək ki, iyunun 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Krım yarımadasına hücum edib. Zərbələr, o cümlədən neft terminalına və digər enerji infrastrukturu obyektlərinə endirilib. Bununla əlaqədar Krımda elektrik enerjisindən istifadəyə məhdudiyyət qrafikləri tətbiq olunub.