21 iyun 2026 19:08
122

Tramp Starmerin yaxın zamanda istefa verəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin tezliklə vəzifəsini tərk edəcəyinə inandığını bildirib.

“İki sahil” xəbər verir ki, Tramp bu fikirlərini “Truth Social” platformasında paylaşıb.

"Kir Starmer yaxın zamanda Birləşmiş Krallığın Baş naziri postundan istefa verəcək", - Tramp bildirib.

Tramp qeyd edib ki, Kir Starmer immiqrasiya və enerji siyasəti kimi mühüm sahələrdə, xüsusilə də Şimal dənizi neft ehtiyatlarının istifadəsi məsələsində uğursuz olub. ABŞ Prezidenti ona gələcək fəaliyyətində uğurlar arzulayıb.