21 iyun 2026 18:12
94

Tramp İrana xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp gecə boyu iranlılarla danışaraq Hörmüz boğazını bağlamamaqla bağlı onlara xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, “Fox News”-un müxbiri Trey Yingstə telefonla müsahibəsində deyib.

"Onu bağlasanız, ölkəniz qalmayacaq. Hətta öz ölkənizə belə qayıda bilməyəcəksiniz",- deyə Tramp onlara bildirib.

Prezident əlavə edib ki, ABŞ Hörmüz boğazının "Qoruyucu mələyi" ola və neftin 20 faizini ala bilər.

"Lazım gələrsə, boğazı ələ keçirə bilərik. Əgər onlar razılaşmasalar, biz yol haqqı alacağıq", - deyə Prezident bildirib.