İsveçrədə başlayan ABŞ-İran danışıqlarında böyük irəliləyiş əldə edilib.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bəyan edib.
"Son bir neçə saat ərzində artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Ümid edirəm ki, yaxın gələcəkdə daha böyük irəliləyiş əldə edəcəyik", - deyə o, bildirib.
"İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır", - deyən Vens vurğulayıb ki, Ağ Ev lideri Donbald Tramp hökumətinin missiyası Yaxın Şərqin mürəkkəb məsələlərini diplomatiya vasitəsilə fəal şəkildə həll etməkdir. Vens danışıqların hazırkı nöqtəyə çatmasında Qətərin rolunu qabardıb.
Diplomat həmçinin Livanda atəşkəsin təmin edilməsində irəliləyişlərin olduğunu da açıqlayıb: "Son bir neçə gündə Livanda atəşkəsin qorunması baxımından böyük irəliləyişlər müşahidə etdik. Livanla bağlı işlərin necə getməsindən çox məmnunam. Hələ görüləsi daha çox iş var, amma biz bunu etməyə davam edəcəyik".