21 iyun 2026 16:04
108

Media: Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir

BAEA-nın baş direktoru Rafael Qrossi İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında iştirak etmir.

“İki sahil” yazır ki, bu barədə “Fars” xəbər agentliyi mənbəyə istinadən məlumat verib.

Bildirilib ki, nüvə proqramı bu danışıqlar raundunun gündəliyində deyil. Mənbə qeyd edib ki, nüvə danışıqlarının başlanması üçün ABŞ ilə artıq imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi tələb olunur.

“Tasnim” xəbər agentliyi öz növbəsində qeyd edib ki, ABŞ BAEA baş direktorunun İsveçrədəki danışıqlarda iştirakını tələb edib, lakin İran bundan imtina edib.

Qeyd edək ki, Qrossi bundan əvvəl İran və ABŞ-ın danışıqlar apardığı İsveçrənin Bürgenştok şəhərinə gəldiyini və İsveçrənin xarici işlər naziri İqnazio Kassi ilə görüşəcəyini açıqlamışdı.

Məhərrəm Ağalaroğlu, “İki sahil”