21 iyun 2026 15:03
98

ABŞ-ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb

ABŞ-ın İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanına lövbər salıb.

“İki sahil” xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, artıq gəminin boşaldılmasına başlanılıb. Əsas yük avtomobillər üçün ehtiyat hissələrdən ibarətdir.