21 iyun 2026 13:06
82

Kerç bərə keçidində daşımalar müvəqqəti dayandırıldı

İyunun 21-dən etibarən Kerç bərə keçidi vasitəsilə bərə daşımaları müvəqqəti olaraq dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kerç bərə keçidi Krasnodar diyarı ilə Krım yarımadası arasında əsas nəqliyyat əlaqəsini təmin edir.

Qeyd edək ki, ötən gecə Kerç yarımadasına PUA hücumu nəticəsində 4 nəfər həlak olub, 28 nəfər yaralanıb. Hücum zamanı bərə keçidində yerləşən "Panagia" bərəsi zərər görüb, Çuşka qəsəbəsində isə neft terminalında yanğın baş verib.