19 iyun 2026 13:46
166

Avstraliya Ukraynaya hərbi texnika üçün daha 70 milyon dollar ayıracaq

Avstraliya Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika, o cümlədən hava hücumundan müdafiə vasitələri və döyüş sursatları üçün daha 100 milyon Avstraliya dolları (təxminən 70 milyon ABŞ dolları) ayıracaq. Vəsait yaxın 12 ay ərzində hər biri 50 milyon Avstraliya dolları olmaqla iki transşla köçürüləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ukraynada baş verənlər bütün Hind-Sakit okean regionu üçün mühüm əhəmiyyət kəsb edir, ona görə də Avstraliyanın düzgün yolda qalması və Ukraynaya dəstəyini davam etdirməsi olduqca vacibdir", - deyə Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib.

Rusiya və Ukrayna arasındakı hərbi münaqişə başlayandan bəri Avstraliya Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ümumilikdə 1,6 milyard Avstraliya dolları ayırıb. 50 milyon Avstraliya dolları məbləğində olan sonuncu tranş 2025-ci ilin dekabrında köçürülüb.