Hava hücumundan müdafiə (HHM) qüvvələri Moskva istiqamətində uçan daha yeddi pilotsuz uçuş aparatını məhv edib.
“İki sahil” xəbər verir ki, bu barədə mer Sergey Sobyanin "X" (keçmiş "Twitter") sosial şəbəkəsində məlumat verib.

Bununla da günün əvvəlindən bəri paytaxt yaxınlığında vurulan PUA-ların ümumi sayı 10-a çatıb.
Dron qalıqlarının düşdüyü yerlərdə fövqəladə hallar xidmətinin mütəxəssisləri çalışır. Sobyanin yerdə qeydə alına biləcək xəsarət alanlar və ya dağıntılar barədə hələlik heç bir məlumat verməyib.
Hadisə ilə əlaqədar Domodedovo və Jukovski hava limanları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.