Vyetnamda Hoşimin şəhər polisi ev heyvanlarının oğurlanması və pişik ətinin satışı ilə məşğul olan cinayətkar qruplaşmanı ifşa edib, 400-dən çox pişik xilas edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Thanh Nien" qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 10 şübhəlini saxlayıblar. Reyd zamanı 400-ə yaxın pişiyin saxlanıldığı 45 qəfəs, həmçinin təxminən 80 heyvanın qalıqları olan üç konteyner aşkar edilib.
Daha bir anbarda polis 21 pişik tapıb, bütün heyvanlar xilas edilib.
Hazırda "Sayqon" zooparkı və botanika bağının əməkdaşları heyvanlara lazımi köməklik göstərir və onların sahiblərini tapmaqda kömək məqsədilə xilas edilmiş pişiklərin fotolarını sosial şəbəkələrdə paylaşırlar.
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Parisdə 24 oktyabr aksiyası: həmkarlar ittifaqları prefekturanın yeni marşrut təklifini rədd edir
Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir
Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır