Qarşılıqlı anlaşma memorandumunun İran və ABŞ prezidentləri Donald Tramp ilə Məsud Pezeşkian tərəfindən imzalanması imkanı nəzərdən keçirilir.
“İki sahil” "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.
"Bu ideya nəzərdən keçirilir və hələ araşdırılma mərhələsindədir", - o bildirib.
Bəqai əlavə edib ki, İranın Cenevrə görüşü üçün proqramı dəyişməyib: "Hazırda İranın Cenevrə görüşünün keçirilməsi üçün proqramlarında heç bir dəyişiklik baş verməyib".
Daha əvvəl ABŞ Prezidenti D. Tramp bildirib ki, Vaşinqton İran və Fars körfəzi ölkələri ilə raket silahlarının məhdudlaşdırılması üzrə regional sazişin bağlanması imkanını müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, Ağ Ev rəhbəri Fransada keçirilən "G7" ("Böyük Yeddilik") sammitinin yekunlarına dair çıxışında deyib ki, İranla saziş 18-19 iyun tarixində imzalana bilər.
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Parisdə 24 oktyabr aksiyası: həmkarlar ittifaqları prefekturanın yeni marşrut təklifini rədd edir
Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir
Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır