İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqının (Aİ) qarşıdan gələn sammitində Ukrayna münaqişəsi üzrə Aİ danışıqçısına namizəd təklif etməyi planlaşdırır.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, Meloni bu barədə Fransada keçirilən "G7" sammitinin yekunlarına dair bəyanatında bildirib.
Onun sözlərinə görə, "Böyük Yeddilik" ölkələri liderlərinin görüşü zamanı onlar Ukrayna məsələsi üzrə ABŞ Prezidenti Donald Trampla razılığa gəliblər.
"Düşünürəm ki, böyük Avropa ölkələrindən birindən olan bir şəxsi təklif etmək çox çətin olardı. Bu, razılaşmanın əldə olunmasını çətinləşdirəcək, buna görə də mən Avropa İttifaqının orta güclü ölkələrinə müraciət edərdim", - Meloni bildirib.
Qeyd edək ki, Aİ sammitinin 18-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Parisdə 24 oktyabr aksiyası: həmkarlar ittifaqları prefekturanın yeni marşrut təklifini rədd edir
Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir
Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır