Almaniyanın xarici işlər naziri Johann Vadephul bildirib ki, Rusiya–Ukrayna münaqişəsi üzrə sülh danışıqları 2026-cı ilin yayında yenidən başlaya bilər. Onun sözlərinə görə, hazırkı mərhələdə Rusiya prezidenti Vladimir Putin prosesə daha açıq yanaşma nümayiş etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə o, RTL/NTV telekanalına müsahibəsində bildirib
“Bəlkə də indi Putin bu barədə ciddi şəkildə düşünür”, – deyə, nazir bildirib.
Nazir qeyd edib ki, hazırda tərəflərin heç biri hərbi baxımdan həlledici üstünlüyə malik deyil, bu isə danışıqlar üçün şərait yarada bilər.
Məlumata görə, Rusiya və Ukrayna nümayəndə heyətləri sonuncu dəfə 2026-cı ilin fevralında görüşüblər. ABŞ-nin danışıqlardan çıxmasından sonra proses dayanıb.
Krımda gecə saatlarında motosiklet və digər mototexnika hərəkəti məhdudlaşdırılıb
Beynəlxalq arbitraj Qara dəniz və Kerç boğazı ilə bağlı iş üzrə qərarını açıqlayıb