15 iyun 2026 23:50
107

Ukraynanın Aİ tərkibindəki gələcəyinə doğru tarixi bir addım atırıq - Antonio Koşta

Bu gün Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar rəsmən başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Aİ Şurasının sədri Antonio Koşta "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün biz onun daxil olması ilə bağlı danışıqlara başlayaraq Ukraynanın Aİ tərkibindəki gələcəyinə doğru tarixi bir addım atırıq.

Bu müharibəyə son qoymağa kömək etmək, ədalətli və davamlı sülhə nail olmaq üçün G7-nin vahid və qətiyyətli mövqeyi zəruridir", - paylaşımda bildirilir.

Qeyd edək ki, Fransanın Evian şəhərində G7 sammiti keçirilir.