İran və ABŞ arasındakı razılaşma Livanı da əhatə etməlidir.
“İki sahil” xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Fransada "Böyük Yeddilik" (G7) sammitindən əvvəl bəyan edib.
"İran və Birləşmiş Ştatlar arasındakı razılaşma dünya iqtisadiyyatının sabitləşməsinə kömək edə bilər, lakin bu, Livana da şamil edilməlidir", - o bildirib.
Onun bəyanatının digər hissəsində Ukraynadakı münaqişə üzrə diplomatik irəliləyişin əldə edildiyi qabardılıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fransada keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi təklif edib.