15 iyun 2026 20:35
103

Pezeşkian: İran regionda yeni şərait yarada bilər

ABŞ ilə İran arasında razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər.

“İki sahil” IRIB agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

İran Prezidenti əlavə edib ki, memorandumun təfərrüatları münasib vaxtda açıqlanacaq: "Danışıqlar heyətinin üzvlərinə; böyük səy göstərən Qalibafa (İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf), Əraqçiyə (İranın xarici işlər naziri Abbas Əraqçi), eləcə də Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinə və bu yolda rol oynamış hər kəsə təşəkkür etməyi zəruri hesab edirəm".

İran və ABŞ arasında anlaşma memorandumu layihəsi 14 maddədən ibarətdir. Sənəddə Livan da daxil olmaqla, bütün istiqamətlərdə hərbi əməliyyatların dərhal və daimi dayandırılması tələb olunur. ABŞ-də öz növbəsində qoşunlarını İrana yaxın bölgələrdən çıxarmalı və ölkənin suverenliyinə hörmət etməyi, onun daxili işlərinə qarışmamağı öhdəsinə götürməlidir.

Memorandum həmçinin 30 gün ərzində dəniz blokadasının tamamilə aradan qaldırılmasını və Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılmasını nəzərdə tutur.

Bundan əlavə, sənəd neft satışına sanksiyaların dayandırılmasını, ABŞ-nin yeni məhdudiyyətlər tətbiq etməməsini və danışıqlar zamanı regionda hərbi mövcudluğunu artırmaması öhdəliyini özündə ehtiva edir.

Memorandum ayrıca olaraq, İranın təxminən 24 milyard dollarlıq dondurulmuş səhmlərə çıxışını təmi edilməsini, ABŞ və müttəfiqlərinin İran obyektlərinin bərpasında iştirakını nəzərdə tutur ki, bunun da ümumi dəyəri təxminən 300 milyard dollardır.

Tehran izə öz növbəsində nüvə silahı istehsal etməməyi öhdəsinə götürür. Yekun razılaşmanın 60 günlük danışıqlardan sonra əldə edilməsi gözlənilir.

Radikal "Hizbullah" qruplaşması ABŞ və İran arasında anlaşma memorandumunu dəstəklədiyini bildirərək, bunun Livan da daxil olmaqla, bütün cəbhələrdə hərtərəfli atəşkəsə səbəb olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ və İranın müqavilə bağladığını iyunun 15-də Ağ Ev rəhbəri Donald Tramp açıqlayıb.