Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, Türkiyənin dövlət başçısı bununla bağlı paylaşım edib.
“Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. “Bir millət, iki dövlət” kəlamının ruhunda bizi birləşdirən ürək birliyi ilə bağlı olduğumuz azərbaycanlı bacı və qardaşlarımıza Türkiyədən salam və sevgilərimi çatdırıram”, – deyə dövlətlərin adlarının ilk hərflərindən ibarət TRAZ abreviaturası ilə müşayiət olunan paylaşımda bildirilib.
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib