İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin müstəqilliyi, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbir iştirakçılarına müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilib.
Konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası”, “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” və “Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzularında panel sessiyalar təşkil olunacaq.
Panel müzakirələrində müxtəlif ölkələrdən olan siyasətçilər, parlament üzvləri, diplomatlar və siyasi partiyaların nümayəndələri çıxış edərək qlobal təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi inteqrasiya, postmünaqişə dövründə yenidənqurma və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Şuşa Bəyannaməsi: Davamlı sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın strateji yol xəritəsi
Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb
Tahir Budaqov: 15 iyun tarixi, eyni zamanda, Şuşa Bəyannaməsinin imzalanması ilə də əlamətdardır