15 iyun 2026 08:45
116

XİN Milli Qurtuluş Günü münasibətilə bütün soydaşlarımızı təbrik edib

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsi üçün təməl qoydu.

“İki sahil” xəbər verir ki,  bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) 15 iyun – Milli Qurtuluş günü münasibətilə "X"dəki hesabındakı paylaşımında yer alıb.

"15 iyun - Milli Qurtuluş Günü münasibətilə, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin saxlanılmaı və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan müasir Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan bütün soydaşlarımızı ürəkdən təbrik edirik! Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsi üçün təməl qoydu.

Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, firavanlıq və tərəqqi arzulayırıq!", - paylaşımda qeyd olunub.