ABŞ İran və bütün Yaxın Şərq ölkələri ilə əməkdaşlığa ümid edir , lakin imtina halında tədbir görməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Biz uzaq gələcəkdə İran və bütün Yaxın Şərqlə əməkdaşlığa ümid edirik. Ümid edirik ki, bu proses tez, asanlıqla və problemsiz şəkildə davam edəcək. Əgər bu baş verməsə, ümid edirəm ki, bir daha istifadə etməyəcəyimiz ən yaxşı alternativimiz var!" - deyə o bildirib