24 oktyabr 2026 19:07
129

Şimali Koreya lideri Kim Çen Inın Çin səfəri başa çatıb

Şimali Koreya lideri Kim Çen Inın Çinə birgünlük səfəri baş çatıb.

“İki sahil” Koreya mediasına istinadla xəbər verir ki, Kim Çen In oktyabrın 24-də səhər saatlarında iki ölkəni birləşdirən yeni açılmış körpüdən keçərək Çinin Dandon şəhərinə səfər edib. Onu Çin Kommunist Partiyası Siyasi Bürosunun daimi komitəsinin üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Hunin qarşılayıb. Onlar Dandondakı avtomobil zavoduna və Koreya müharibəsində həlak olan Çin hərbçilərinin xatirəsinə ucaldılan kompleksə baş çəkiblər.

"Sinhua" agentliyinin məlumatına əsasən, danışıqlar zamanı Kim Çen In Çinin Şimali Koreyanın sosialist ideyasına uzunmüddətli dəstəyinə görə minnətdarlığını bildirib. O, həmçinin iki ölkə arasındakı tarixi dostluğun və praktiki əməkdaşlığın genişləndirilərək xalqlara real faydalar gətirəcəyinə ümid etdiyini ifadə edib.

Qeyd edək ki, Kim Çen Inın səfəri Çin qoşunlarının 1950-1953-cü illər Koreya müharibəsində iştirakının ildönümünün qeyd edildiyi vaxta təsadüf edir. Pxenyan və Pekin 25 oktyabr tarixini Çin qoşunlarının Şimali Koreyaya yardım məqsədilə Koreya müharibəsinə qoşulmasının ildönümü kimi qeyd edirlər.