12 iyun 2026 18:04
154

Ləyaqəti, milli mənlik şüurunu itirmək çox böyük faciədir

Son zamanlar anti-Azərbaycan dairələrin maşası olan “siyasi mühacir” kod adlı antimilli ünsürlərin, muzdlu nökərlərin, zombiləşmiş qaragüruhçu dəstənin üzvlərinin respublikamızın vəzifəli şəxslərinin, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarının, vicdanlı məmurların əleyhinə açıq çağırışlar etmələri bu marginalların simasızlığını tam çılpaqlığı ilə ortaya qoyur. Məlum başıpozuq dəstənin üzvlərindən olan Tural Sadıqlı, Qənimət Zahid, Emin Əhmədbəyov, Sevinc Osmanqızı, Qabil Məmmədov, Emin və Mehman Hüseynov qardaşları ermənipərəst dairələrdən aldıqları qrantlarla sosial şəbəkələrdə ölkəmizin əleyhinə apardıqları qarayaxma kampaniyasının sərhədlərini daha da genişləndiriblər. Xarici fondlardan və anti-Azərbaycan qüvvələrdən maliyyə yardımı alan və cəmiyyətdə gərgin ab-hava yaratmağa cəhd edənlərin fəaliyyəti getdikcə intensivləşir. Bu xəyanətkarlar davamlı olaraq şübhəli erməni təəssübkeşliyi ilə dövlətimizi, xalqımızı aşağılamaq kimi antimili mövqeyi nümayiş etdirirlər. Xalqımızın və dövlətimizin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən bu antimilli ünsürlər sosial şəbəkələrdən həm də mənəvi terror vasitəsi kimi istifadə edirlər. 

Heç kimə sirr deyil ki, anti-Azərbaycan dariələr “siyasi mühacir” adı ilə bəzi Qərb ölkələrində sığınacaq tapan və ayrı-ayrı xarici kəşfiyyat orqanlarının əlaltısına çevrilən Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı, Məhəmməd Mirzəli kimilərdən böyük ustalıqla istifadə edirlər. Sosial şəbəkələrin canına daraşan bu parazitlərin əsas işi öz xarici ağalarının tapşırığı ilə gecə-gündüz qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizə, əldə edilən uğurlarımıza ləkə yaxaraq, şər-böhtan yağdıraraq ictimai rəyi yanlış istiqamətə yönləndirmək və bu yolla xalqımızın milli-mənəvi sərvətinə çevrilən milli birliyimizi sarsıtmaq, cəmiyyəti xaos və anarxiya bataqlığına sürükləməkdən ibarətdir. Bu xəyanətkar dəstənin ölkəmizdə ictimai rəyi çaşdırmaq, eləcə də beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy yaratmaq istiqamətindəki fəaliyyətləri vətəndaşlarımızda hədsiz ikrah hissi yaradır. Necə deyərlər, “milçək bir şey deyil, ancaq ürək bulandırır”.  Dövlətimizin başçısının dediyi kimi, bu antimilli ünsürlərin yeri məhz tarixin zibilxanasıdır: “O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Qara niyyətlərini ağ yalanlarla “bəzəyən”, “YouTube” və “Facebook”da “Osmanqızı”, “Azərbaycan saatı”, “Azad söz” kimi internet Tv-lərdə insanlara kini, nifrəti təlqin edən, onları şiddətə və vəhşətə çağırmaqla öz şərəfsizlik avtobioqrafiyalarına hər gün yeni səhifələr yazan, milli mənlik şüurunu, heysiyyatını itirən  bu satqın və mənəviyyatsız zavallılar  hələ də anlamırlar ki, heç zaman öz istəklərinə, çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Ona görə də özlərini cəmiyyətdən təcrid edərək marginallaşan bu merkantillər nə qədər ki, gec deyil, tövbə edərək getdikləri yanlış yoldan dönsələr yaxşı olar. Çünki tövbə qapısı həmişə açıqdır.

Zahid Rza, “İki sahil”