11 iyun 2026 18:30
91

Aİ Mərkəzi Bankı Yaxın Şərqdəki münaqişə səbəbindən faiz dərəcələrini artırıb

Avropa Mərkəzi Bankı İdarəetmə Şurası inflyasiyanı hədəf səviyyə olan 2%-ə yaxınlaşdırmaq məqsədilə üç əsas faiz dərəcəsini 25 baza bəndi artırıb.

“İki sahil” xəbər verir ki,  Avropa Mərkəzi Bankının rəsmi saytında bildirilir ki,  qərara əsasən, əsas faiz dərəcələri müvafiq olaraq 2,25%, 2,40% və 2,65% səviyyəsinə yüksəldilib. Yeni dərəcələr 17 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.

AMB-nin yenilənmiş proqnozlarına görə, avrozonada inflyasiya: 2026-cı ildə – 3,0%, 2027-ci ildə – 2,3%, 2028-ci ildə isə – 2,0% təşkil edəcək.

Eyni zamanda, iqtisadi artım üzrə gözləntilər aşağı salınıb. Proqnozlara əsasən, avrozonada iqtisadiyyatı: 2026-cı ildə 0,8%, 2027-ci ildə isə 1,2% artacaq.

Bu göstəricilər əvvəlki qiymətləndirmələrdən daha zəif hesab olunur. Bank bunun əsas səbəbi kimi Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginliyi və onun enerji bazarlarına təsirini göstərib.