26 oktyabr 2026 00:15
161

Zelenski danışıqlarda Ukraynanın “qırmızı xətlər”ini açıqlayıb

Ukrayna dövləti üçün neytral status və ya ordusunun sayının məhdudlaşdırılması müzakirə predmeti ola bilməz.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski son günlər tərəflər arasında aparılan danışıqların mövzusuna dair sualı cavablandırarkən bildirib.

Zelenski ABŞ ilə razılaşmalara görə "qırmızı xətlər"i ətraflı danışmaqdan imtina etsə də, əsas prinsipləri açıqlayıb. O qeyd edib ki, Ukrayna dövlətinin neytrallığı və ordusunun sayı, Ukraynanın təhlükəsizlik zəmanətləri Rusiya tərəfindən diktə edilə bilməz.

“Ukrayna Silahlı Qüvvələrinin sayı yalnız Ukraynanın və onun NATO ilə münasibətlərinin daxili məsələsidir”, - deyə Zelenski bildirib.

Ukrayna dövlət başçısı, həmçinin vurğulayıb ki, ərazi məsələsinin müzakirəsi yalnız rəhbərlik səviyyəsində mümkündür. Digər məsələlər texniki qrup səviyyəsində müzakirə olunur.

Zelenski qeyd edib ki, əgər Ukrayna NATO-da olmayacaqsa, ABŞ və Avropa ölkələri Rusiyanın yenidən təcavüzə başlamayacağına zəmanət verməlidirlər.