Ağ Evin kommunikasiya direktoru Stiven Çunq amerikalı rep ifaçısı Niki Minajın Ağ Evin yeni mətbuat katibi vəzifəsinə namizədliyini zarafatla irəli sürüb.
“İki sahil” xəbər verir ki, Çunq bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O, paylaşımına Niki Minajla söhbətinin videosunu əlavə edib. Söhbət zamanı Çunq ifaçıdan ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası dövründə onun qədər çalışan başqa birinin olub-olmadığını soruşub.
"Əlbəttə, yox. O, ayaqlarını masanın üstünə qoyub həftəsonunadək dincələ bilərdi, xüsusilə də indi. Amma yox, o, irəliləməyə davam edir", - deyə rep ifaçısı bildirib.
Minajın fikrincə, Tramp qarşıdakı seçkidə qalib gəlməli olan digər respublikaçılar haqqında da düşünür. İfaçı əlavə edib ki, bu, onun "möhtəşəm insan" olduğunu göstərir.
Ağ Evin əvvəlki mətbuat katibi Keyti Zakariya təyin olunduqdan cəmi beş gün sonra vəzifəsini tərk edib.
Tramp Zakariyanın təyin olunduğunu oktyabrın 9-da elan edib. O isə oktyabrın 12-də vəzifəsinin icrasına başlayıb. Oktyabrın 13-də Zakariya 14 dəqiqə davam edən ilk brifinqini keçirib.
Məlumata görə, Ağ Ev onun ilk çıxışından o qədər narazı qalıb ki, faktiki olaraq onu işdən çıxarmaqla hədələyib.
Serbiyada Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB