04 iyun 2026 16:46
138

Azərbaycanlı deputatlar Ərdoğanın müavini ilə görüşüblər

Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova Ankara şəhərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu ilə görüşüblər.

“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan və Türkiyənin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələr, eləcə də türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri xüsusi vurğulanıb. Eyni zamanda, Türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurla inkişaf edən münasibətlərin yalnız ölkələrimizin deyil, bütövlükdə türk dünyasının inteqrasiyasına və əməkdaşlığının dərinləşməsinə mühüm töhfə verdiyi bildirilib.