Azərbaycanla ABŞ arasında əməkdaşlıqda kritik minerallar sahəsində çox güclü potensial var.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov l Azərbaycan-ABŞ İqtisadi Dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu potensial təkcə bu gün Azərbaycanda artıq hasil edilən kritik minerallarla məhdudlaşmır, həm də birgə yeni kəşfiyyatların aparılmasını, növbəti mərhələ olan emal müəssisələrinə diqqət yetirilməsini və təcrübə mübadiləsini əhatə edir: "Hesab edirəm ki, bu sahədə əməkdaşlığın gücləndirilməsindən qarşılıqlı olaraq qazanacağımız çox şey var".
Nazirin sözlərinə görə, Azərbaycanla ABŞ arasında əməkdaşlıqda regional əlaqəlilik sahəsi mühüm əhəmiyyət kəsb edir: "Buraya ticarət və tranzit də daxildir. Orta Dəhliz mövzusu və xətti burada təbii olaraq ön plana çıxır. Bu mövzu təkcə ənənəvi nəqliyyat infrastrukturundan istifadəni deyil, həm də energetika sahəsi daxil olmaqla, daha geniş sahələri əhatə edir".
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir