Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunda növbəti əmək yarmarkası keçirəcək.
“İki sahil” xəbər verir ki, yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə 3 iyun 2026-ci il tarixində, saat 15:00-da Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında keçiriləcək. Yarmarkada nasos qurğuların maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. üzrə vakansiyalar təqdim olunacaq. Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat veriləcək. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb