02 iyun 2026 15:20
143

İraola “Liverpool”un yeni baş məşqçisi ola bilər

İngiltərə futbolunda diqqət mərkəzində olan əsas mövzulardan biri “Liverpul" klubunda baş məşqçi dəyişikliyi ehtimalıdır. Məlumatlara görə, klub rəhbərliyi İspaniya mütəxəssisi Andoni İraolanı komandanın yeni baş məşqçisi kimi təyin etməyə çox yaxındır.

“İki sahil” xəbər verir ki,  “The Times” nəşrinin yaydığı xəbərə əsasən, tərəflər arasında danışıqlar artıq irəliləmiş mərhələyə çatıb və İraola hazırda bu vəzifə üçün əsas namizəd sayılır.

Son mövsümdə "Liverpul"  gözlənilən nəticələrdən uzaq qalıb. Komanda İngiltərə Premyer Liqasını 5-ci pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib və mövsümü heç bir titul olmadan başa vurub. Bu nəticələrdən sonra klub rəhbərliyi dəyişiklik qərarı verib və yeni futbol fəlsəfəsi formalaşdırmağı planlaşdırır.

İraolanın namizədliyini xüsusi diqqətə çatdıran məqam onun oyun üslubudur. O, yüksək pressinqə əsaslanan, sürətli və aqressiv hücum futbolu ilə tanınır. Məhz bu səbəbdən klub rəhbərliyi onun “Liverpul”a yeni dinamika gətirə biləcəyinə inanır.

İspan məşqçi son mövsümdə "Bornmut" klubunu çalışdıraraq böyük uğura imza atıb. Onun rəhbərliyi altında komanda Premyer Liqada 6-cı yeri tutaraq klub tarixinin ən yaxşı nəticəsini əldə edib və Avropa Liqasına vəsiqə qazanıb. Bu performans İraolanın İngiltərə futbolunda nüfuzunu daha da artırıb.

Hazırda tərəflər arasında razılaşmanın yaxın zamanda rəsmiləşə biləcəyi bildirilir.