Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Caspianinfo" bu barədə AMB-yə istinadən xəbər verir.
Görüş çərçivəsində Dünya Bankı tərəfindən hazırlanmış Azərbaycan üzrə Ölkə İqtisadi İcmalının təqdimatı keçirilib, hesabatın əsas nəticələri, iqtisadi inkişaf perspektivləri və onların mümkün siyasət nəticələri müzakirə olunub.
Görüşdə həmçinin Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib