Türkiyə və Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Ərzurum kimi layihələrlə yaradılan əməkdaşlığı Bakı Enerji Həftəsi çərçivəsində bu gün "Abşeron" qazının hasilatı ilə bağlı imzalanan müqavilə daha da irəli aparıb.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında yazıb.
"Bakı Enerji Həftəsi çərçivəsində həmçinin həmkarlarımızla və beynəlxalq şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirdik, təşkil edilən sessiyalarda ölkəmizin vizyonunu bölüşdük", - A. Bayraktar əlavə edib.
Onun sözlərinə görə, Türkiyənin etibarlı tərəfdaş kimi əsas prioriteti həm ölkənin, həm də regionun enerji təchizatının təhlükəsizliyinə qalıcı töhfələr verməkdir: "Bu istiqamətdə regional dayanıqlılığımızı artırmaq üçün təbii qaz və elektrik enerjisi sahələrində qonşularımızla olan bağlantılarımızı gücləndirməyə qətiyyətlə davam edəcəyik".
Qeyd edək ki, SOCAR, "TotalEnergies", XRG və BOTAŞ arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsindən hasil olunacaq təbii qazın bir hissəsinin - hasilatın 50 faizinin (30 milyard kub metr) 15 il müddətində Türkiyə bazarına uzunmüddətli satışı üzrə saziş imzalanıb.
Türkiye ve Azerbaycan arasında Bakü-Tiflis-Ceyhan, TANAP ve Bakü-Tiflis-Erzurum gibi vizyon projelerle oluşturduğumuz güçlü bağı, bugün Bakü’de imza törenine şahitlik ettiğimiz Abşeron gazı anlaşmasıyla çok daha ileri bir noktaya taşıdık.
— Alparslan Bayraktar (@aBayraktar1) June 1, 2026
Bakü Enerji Haftası marjında ayrıca… pic.twitter.com/vlaLVjfghD