01 iyun 2026 21:42
98

Filip Mşelbila: Biz Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk

Qaz İxrac Edən Ölkələr Forumunda Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Filip Mşelbila Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

"Qaz İxrac Edən Ölkələr Forumunda biz Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk", - o bildirib və əlavə edib ki, aparıcı təbii qaz ixracatçılarından biri kimi Azərbaycan istehsalçı ölkələr arasında dialoqa dəyərli təcrübə gətirir:

"Bu əməkdaşlığın regional və beynəlxalq qaz bazarlarında artan rolunu əks etdirən şəkildə daha da dərinləşməsini görməkdən şərəf duyarıq".