Mayın 31-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kilovoltluq “Masazır” yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.
“İki sahil” “Azərişıq” ASC-nin saytına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
“Mastercard” “TəhsilPlus” proqramı vasitəsilə Azərbaycanda müəllimlərin gündəlik həyatını daha da asanlaşdırır
Onlayn təhsilin görünməyən tərəfi: təhsil alanların təqribən 60%-i kibertəhlükələrlə üzləşib