Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə tədbirlər planının icrası işlərinin davamı olaraq, 4 saylı cəzaçəkmə müəssisəsində cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Onların da cəza müddəti başa çatdıqdan sonra qurum tərəfindən ailələrinə səfərlər təşkil ediləcəyi və sosial xidmətlərə olan tələbatının qiymətləndiriləcəyi bildirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı ilə təmin ediləcəkləri diqqətə çatdırılıb. Məhkumları maraqlandıran suallar cavablandırılıb.
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq