Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb. Belə ki, 57 yaşlı Lənkəran şəhər sakini Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan həyatını itirib. Nəticədə nəzarətdən çıxan avtomobil yol kənarında yerləşən obyektə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün MALİYYƏ MEXANİZMİ TƏTBİQ EDƏCƏK
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı