22 may 2026 18:30
146

Zəngin təcrübə öz sözünü dedi

Azərbaycan mediası WUF 13-də böyük məharət və yüksək peşəkarlıq nümayiş etdirdi

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günbəgün artması, qlobal miqyasda baş verən dərin geosiyasi dəyişikliklər dövründə regionda yeni reallıqlar yaratması, Bakının dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi çıxış etməsi erməni lobbisini, anti-Azərbaycan dairələri və onların maşası olan antimmili şəbəkəni həddindən artıq qıcıqlandırır. Ona görə də həmin dairələr və onların bəslədikləri tör-töküntülər hiss basmış qəlblərini “sərinləşdirmək” üçün var gücləri ilə sosial şəbəkələrdə davamlı olaraq ölkəmizin əleyhinə Göbbelsvari təbliğat aparırlar.

O da məlumdur ki, Bakının ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində xaricdəki antimilli ünsürlər və anti-Azərbaycan dairələr koordinasiyalı şəkildə ölkəmizə qarşı qarayaxma kampaniyasını gücləndirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər. Bu mənzərə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə olunub. Erməni lobbisinin təsiri altında olan bəzi dairələrin çirkli pulları ilə bəslənən “sapı özümüzdən olan baltalar” Bakıda 182 ölkədən 45 mindən çox nümayəndənin iştirakı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) davam etdiyi günlərdə ölkəmizin imicinə ləkə yaxmaq, bu tədbirin əhəmiyyətini gözdən salmaq üçün dəridən-qabıqdan çıxdılar.

Təbii ki, xarici ölkələrdə məskunlaşaraq pərdə arxasından idarə olunan, erməni lobbisi ilə sıx işbirliyində olan qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən, erməni lobbisinə yaxın dairələrin tezisləri ilə silahlanaraq onların tapşırıqlarını yerinə yetirmək, çirkli pullarını yemək üçün yarışa girən bu xəyanətkarların anti-Azərbaycan kampaniyası birmənalı olaraq iflasa uğradı. Qərəzli dairələrin himayə etdiyi bu qulbeçələr, antimilli ünsürlər aldıqları sifarişin öhdəsindən gələ bilmədilər. Çünki bu xəyanətkarların ölkəmizə qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyası, pozuculuq cəhdləri bu dəfə də cəmiyyətimiz tərəfindən etirazla qarşılandı.

 İkincisi, əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən, öz xalqına, Vətəninə xilaf çıxan bu üzdəniraq dəstənin, “zəncirli köpəklər”in bədaxhalrımız tərəfindən verilən yalın-maliyyənin miqdarı azalıb.

Bir neçə gün bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Azərbaycana qarşı kampaniyaların sayının azalmasının səbəbini məhz bununla əlaqələndirib: “COP29 zamanı olduğu kimi, bu Forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir. Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. İstər ölkəmizin içərisində olan, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara qrant verənlərin sayı azalıb. Bunu inkar etməyə çalışsalar da, onların qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox gözəl bilirik”.

Bir məqamı da qeyd edək ki, Azərbaycan jurnalistləri beynəlxalq tədbirlərin ölkəmizdə davam etdiyi günlərdə, xüsusilə də qırx dörd günlük Vətən müharibəsi dövründə ölkəmizin əlayhinə aparılan qara piar kampaniyasına və dezinformasiyalara layiqincə və peşəkarcasına cavab veriblər. Beynəlxalq tədbilrəin işıqlandırılmasında zəngin və hərtərəfli təcürübəyə malik olan Azərbaycanın media nümayəndələri həmişə olduğiu kimi, WUF13 -ün davam etdiyi günlərdə də bu möhtəşəm tədbir ilə bağlı həqiqətləri reportajlar, videosüjetlər vasitəsilə geniş oxucu və izləyici kütləsinə çatdırmaq üçün yüksək peşəkarlıq, çeviklik, obyektivlik nümayiş etdirdilər. Mediamız bu unikal tədbirlə bağlı reallıqları ölə ictimaiyyətinə çatdırmaqla yanaşı, beynəlxalq media resursları üçün mötəbər mənbə rolunu da ustaqlıqla oynadı.

Onu da qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının sonuncu günü illə əlaqədar Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə görüşüb. H.Hacıyev WUF13 çərçivəsi zamanı jurnalistlərin işini yüksək dəyərləndirdiyini bildirirək onlara məmnunluğunu çatdırıb.

Zahid Rza, “İki sahil”