20 may 2026 12:06
154

WUF13-ün dördüncü günündən- ÖZƏL FOTOLAR

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dördüncü gününə start verilib.

Müasir urbanizasiya məsələlərinin müzakirə olunduğu WUF13 beynəlxalq əhəmiyyətli platforma kimi diqqət mərkəzindədir.

Bu gün müxtəlif mövzularda müzakirələr aparılacaq, problemlərlə bağlı həll yolları təklif ediləcək.

Tədbir iştirakçılarının fəallığı və müzakirələrə göstərilən yüksək maraq WUF13-ün nüfuzunu daha da artırır. Bakının belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal əməkdaşlığa və dayanıqlı inkişaf məsələlərinə verdiyi önəmin göstəricisidir.

Xatırladaq ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
“Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.

“İki sahil”in WUF13-ün  dördüncü günündən hazırladığımız xüsusi fotoreportajı təqdim edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”