Sahibkarlara avtonəqliyyat vasitələrinin satışı zamanı istehlakçıların maraqlarının qorunması və müvafiq sahədə qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı tövsiyələr verilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində avtonəqliyyat vasitələrinin satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının, eləcə də 20-yə yaxın avtomobil markasının rəsmi distribütor və satıcılarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2026-cı il üçün Yol Xəritəsi”ndə yer alan tapşırıqların icrası məqsədilə keçirilən görüşdə istehlakçı məmnuniyyətinin təmin olunmasına yönəlmiş tədbirlər müzakirə edilib.
İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, onların məlumat almaq hüququnun pozulması, zəmanət öhdəliklərinə əməl olunmaması kimi halların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələbləri izah olunub. Bu məqsədlə məhsullara dair zəruri məlumatların tam və dolğun şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.
Sonda Agentlik tərəfindən bazar iştirakçılarının məsuliyyətli davranışı və hüquqi maarifləndirmə yönündə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur
Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəki yaratmağı hədəfləyirik - Pərviz Şahbazov
İqtisadi şaxələndirmə üçün xarici investisiyaların cəlb edilməsinə fokuslanmışıq - Taleh Kazımov
“Carlsberg Group” ilə içki sənayesinin inkişafı üzrə strateji tərəfdaşlıq müzakirə edilib
SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək