10 may müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
“İki sahil” xəbər verir ki, bununla əlaqədar Ədliyyə naziri Fərid Əhmədov və Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib. Ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə güllər düzülüb. Daha sonra Nazirliyin inzibati binasında Ümummilli Liderin büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla anılıb.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır