Bakı Şəhəri üzrə Təhsil İdarəsində əməkdaşların şəxsi və peşəkar inkişafını dəstəkləyən “Kitab klubu” fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, “Kitab klubu” iştirakçılara müxtəlif əsər və ədəbi üslublarla tanış olmaq, maraqlı fikirləri müqayisəli şəkildə dəyərləndirmək və zəngin müzakirə mühiti formalaşdırmaq imkanı yaradır. Yeni təşəbbüs çərçivəsində idarə əməkdaşları vaxtaşırı bir araya gələrək əvvəlcədən seçilmiş kitabları müzakirə edəcəklər. Müzakirə olunan əsərlər yerli müəlliflərin yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatının klassik nümunələrini də əhatə edir.
“Kitab klubu”nun əsas məqsədi əməkdaşlar arasında mütaliə vərdişlərini təşviq etmək, analitik düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda kollektiv daxilində intelektual mühitin gücləndirilməsinə töhfə verməkdən ibarətdir.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu