10 noyabr 2026 16:21
193

Tarixi Qələbənin ildönümü münasibətilə "Qarabağnamə" nümayiş olunub

Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi Qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub.

“İki sahil” xəbər verir ki, teatrdan bildirilib ki, tamaşadan əvvəl Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhid Rövşən Nurzadənin atası Xalq artisti Əli Nur vətənpərvərlik, milli birlik, qəhrəmanlıq günü olan 8 noyabr Zəfər günü münasibətilə tamaşaçıları təbrik edib, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramını bildirib.

“Qarabağnamə” tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanıb. Tamaşaya Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib.