Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar.
Daha sonra onlar festivalda iştirak edən yerli və xarici qonaqlarla xatirə şəkilləri çəkdiriblər.
Naxçıvanda “1926-cı il I Türkoloji Qurultay : tarixi zəmində, arxiv sənədlərində,milli mətbuatda" adlı kitabın təqdimatı keçirilib
İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir