BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) humanitar yardım daşıyan yük maşını Sudanın Şimali Darfur əyalətində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində partladılıb.
“İki sahil” xəbər verir ki, bu barədə QAK-ın "X" sosial şəbəkə hesabında yayılan bəyanatında məlum olub.
"Təcili sığınacaq dəstləri daşıyan yük maşını dronla vurulub. O, yüz minlərlə insanın təhlükəsizlik məqsədilə üz tutduğu Tavilaya gedirdi. İndi 1 300-dən çox ailə kəskin ehtiyac duyduqları sığınacaqsız qalıb", - paylaşımda qeyd olunub.
Avtomobil sürücüsünün sağ qaldığı bildirilir.
"Bu cür hücumlar yolverilməzdir. Onlar insanların həyatını təhlükəyə atır və onsuz da dağıdıcı olan böhranı daha da ağırlaşdırır. Dinc əhali və humanitar işçilər qorunmalıdır", - bəyanatda qeyd olunur.
Humanitarians and the life-saving aid they distribute are not a target.
— UNHCR, the UN Refugee Agency (@Refugees) April 27, 2026
A UNHCR truck carrying emergency shelter kits was hit by a drone in North Darfur, Sudan. It was on its way to Tawila, where hundreds of thousands of people have fled for safety.
The driver survived. The… pic.twitter.com/4JypreBfOu